BaşlıcaSiyasət

Saxtakar İlham yalanlarından hansının daha “doğru” olduğuna qərar verməlidir: ER 3-cü Prezidentinin Ofisi

Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sargsyanın ofisi Azərbaycan prezidenti İlham Əliyevin apreldə dörd günlük müharibədən sonrakı iki həftə ərzində Dağlıq Qarabağ torpaqlarının təhvil verilməsi barədə razılığa dair bəyanatına cavab verib.

Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sargsyanın ofisinin bəyanatında deyilir ki, İlham Əliyev aprelin dörd günlük müharibəsində Azərbaycanın uğursuzluğunu qələbəyə çevirməyə qərar verdi, müharibəni dayandırmaqla bağlı vasitəçilik xahişini isə qarşı tərəfə aid edir, dialoq mətnləri uydurur və bunlardan sitatlar gətirir.

“İlham Əliyev yalanlarını gərçək olaraq təqdim etmənin yolunu tapdı. O, eyni şeyi o qədər təkrar edir ki, qarşı tərəf bunu imtina etməkdən bezsin və ya bu cür yalançıya məhəl qoymasın və ortada yalnız “gərçək” kimi yalanlar qalsın”.

Qeyd olunub ki, diplomatik cəbhədə və müharibədə Serj Sargsyana məğlub olan Əliyevin indiki həyəcanı nə qədər də başa düşülən olsa, eyni zamanda bu həyəcandan başını itirmiş Azərbaycan prezidentinin zaman-zaman səsləndirdiyi ziddiyyətli açıqlamaları gülməlidir.

Əliyevin sözlərinə görə, Serj Sargsyan bir torpaqları qaytarmaqdan imtina edirdi, Karvaçar və Laçın onlara verilməyəcəkdi, bir də Serj Sargsyan torpaqları qaytarmağa söz vermişdi, amma vermirdi. 3-cü halda da qapalı qapılar arxasında Dağlıq Qarabağın müstəqlilliyini tanımağa məcbur edirdi, lakin Azərbaycan bu addıma heç vaxt razılıq vermirdi.

“Saxtakar İlham yalanlarından hansının daha “doğru” olduğuna qərar verməlidir”,-bəyanatda vurğulanır.

Daha çox göstər
Back to top button