BaşlıcaSiyasət

AB xüsusi nümayəndəsi vəziyyət və problemlərlə yerindəcə tanış olmaq üçün Syunikə gedib

Syunik valisi Melikset Poğosyan, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə görüşüb. Rayon rəhbərliyindən bildirildiyi kimi, Sünikə gəlişinin və rayon qubernatoru ilə görüşməsinin məqsədi Sünikdə müharibəbədən sonrakı vəziyyətlə faktiki yerindəcə  tanış olmaq rayon rəsmiləri və sakinlərinin onu  necə qiymətləndirdiyini yaxından öyrənməkdir.

Görüş zamanı Klaar qubernatordan əhalinin ümumi əhvalı, sakinlərin üzləşdiyi sərhədlərin yeni yerləşməsindən sonra ortaya çıxan problemlər, əkinçilik işində yaranan maneələr, təhlükəsizlik məsələləri və bölgənin iqtisadiyyatı üzərinə  mümkün təsirlər barədə məlumatlarla tanış oldu.

AB xüsusi nümayəndəsi, yerli sakinlərin mümkün maneələrin aradan qaldırılması barədə məlumatlara münasibətini soruşdu.

Qubernator qeyd etdi ki, hazırda bölgədəki önəmli olan,insanların təhlükəsizliyini təmin etmək və iki tərəf arasında, xüsusən qarşı tərəfin əsgərləri ilə mülki əhali arasında bu anda mövcud olmayan neytral bir zona yaratmaqdır ki, bütün bunlar vətəndaşlar üzərində ciddi mənəvi və psixoloji təsir göstərir.

Melikset Poghosyan qeyd edib ki, Sünikdə beynəlxalq təşkilatlardan insanların öz torpaqlarında dinc yaşayıb işləyə bilməsi üçün mövcud problemlərin sülh yolu ilə həlli naminə mümkün qədər aktiv və praktik səy göstərmələsi   ehtimal olunur.

AB-nin xüsusi nümayəndəsi münaqişələrin qarşısını almaq və mövcud vəziyyətdə Ermənistan Respublikasına  kömək etmək üçün əlindən gələni edəcəyinə söz verdi.

Daha çox göstər
Back to top button