
Artsax Respublikasının Prezidenti Arayik Arutyunyan sərəncam imzalayıb. Sərəncama əsasən, Əsirlər, girovlar və itkin düşənlər üzrə komissiyanın tərkibində dəyişiklik edilib.
Artsax Prezidentinin mətbuat xidmətindən bildirilir ki, komissiyanın tərkibinə dövlət idarəetmə orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.
Artsax Respublikasının Daxili işlər naziri Karen Sargsyan komissiyanın sədri təyin edilib.