Eçmiadzin Bakıda “Hərbi Qənimətlər Parkı”-nın açılmasını pisləyib

Eçmiadzin bəyanatla çıxış edərək Bakıda qondarma “Hərbi Qənimətlər Parkı”-nın açılmasını pisləyib. Bəyanatda qeyd olunub ki, bu, ermənifobiyanın növbəti təzahürüdür.
“Azərbaycan rəhbərliyi millətlərarası düşmənçiliyi təşviq edən siyasətini davam etdirir və beynəlxalq humanitar hüququnun əsas normlarına məhəl qoymur. Bu gün Azərbaycandakı həbsxanalarda əsir düşmüş övladlarımız işgəncələrə məruz qalır, minlərlə məcburi köçkün ailəsi əziyyət çəkir. Artsaxın işğal olunmuş ərazilərində bizim min illik dini-mədəni irsə qarşı vəhşiliklər davam etməkdədir”.
Eçmiadzin müharibədən sonra Azərbaycanın qeyri-insani və əxlaqsız hərəkətlərini pisləyərək, beynəlxalq ictimaiyyəti, əlaqədar təşkilat və qurumları insan haqlarının kobud şəkildə pozulması və millətin ləyaqətinə təcavüz kimi təzahürləri düzgün qiymətləndirməyə çağırır.