
ER Baş naziri Nikol Paşinyan, əsirlərin geri qaytarılması ilə bağlı Azərbaycanla yazılı bir razılaşma olduğunu və onun qüvvədə qaldığını bildirdi.
Bu haqda Paşinyan parlamentdə hökumətlə sual-cavab ərzində “Lusavor Hayastan” fraksiyasının üzvü Ani Samsonyanın sualını cavablandıraraq qeyd edib..
“Azərbaycan ilə əsirlərin geri qaytarılması üçün yazılı şərtləşmə var. Şərtləşmə ER Baş naziri,Azərbaycan prezidenti,RF Prezidenti tərəfindən imzalanmışdır.
Bu razılaşma hər gün, hər an qüvvədədir. Qeyd etmək lazımdır ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirmir. ATƏT-in Minsk Qrupu həmsədrləri əsirlərin və digər saxlanılan şəxslərin geri qaytarılması mühümlüyünü qeyd etdikləri üçün məmnunam”-deyərək Paşinyan bəyan edib.