
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan “Ermənistan” Ümumerməni fondunun direktor müavini Ararat Xalatyanı və Artsax Respublikasının şəhərsalma naziri Aram Sargsyanı qəbul etdi.
Bu barədə Artsax Respublikasının Prezidentinin Administrasiyasından bildirilib.
Görüşdə Artsaxda keçirilən tikinti işləri və yeni layihələri müzakirə olunub.
“Ermənistan” Ümumerməni fondunun nümayəndəsi bildirdi ki, Stepanakertdə çoxmənzilli binaların tikintisi üçün artıq tender elan olunub, Askeran rayonunda yeni evlərin inşaatı isə hazırlanma mərhələsindədir.
Arayik Harutyunyan Karmir Şukada aparılan tikinti işlərinə xüsusi əhəmiyyət verib. Yaşayış məntəqəsinin strateji əhəmiyyətini nəzərə alaraq, fondun himayəsi altında yaxın günlərdə 100 evin tikintisinə başlanacaq .