Başlıcaİctimaiyyət
Nazir ilin sonuna qədər əhalinin 20%-in peyvəndləməsinin təşkili mümkün sayır

ER Səhiyyə naziri Anahit Avanesyan ilin sonuna qədər əhalinin 20%-in koronavirusa qarşı peyvəndləməsinin təşkili mümkün sayır. Bunu Avanesyan parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanı bildirib.
Nazir həmçinin xatırladıb ki, Ermənistanda artəq genişmiqyaslı peyvəndləmə prosesinə start verilib.
Anahit Avanesyan Rusiyadan 1 mln dozalıq peyvəndin əldə edilməsinə dair yüksək səviyyəli razılığın olmasını qeyd edib.
“Bundan başqa, digər razılaşmalarımızı da nəzərə alaraq, biz ilin sonuna qədər əhalinin 20 faizinin peyvəndləməsinin təşkil olunmasını mümkün hesab edirik”,-nazir qeyd etdi.
Avanesyan əmin etdi ki, hazırda 30-40% peyvənd təmin edə bilən yalnız bir neçə ölkə var, əksər ölkələr 1-15% arasındadır.