BaşlıcaSiyasət

Paşinyan düşmənçiliyi idarə etmək ehtiyacını görür: “Türklər də azərbaycanlılar da bizim düşmənimizdir”

ER Baş naziri Nikol Paşinyan, türklərin və azərbaycanlıların erməni xalqına düşmən olub-olmaması ilə bağlı mübahisələri anlaşılmaz hesab edir.

Bu haqda aprelin aprelin 14-də  parlament iclasında parlamentin sədr müavini  Alen Simonyanın  sualını cavablandıraraq qeyd edib ki, məsələ həmin düşmənçiliyi idarə etməkdədir.

“Mən səmimi desək bu mübahisəni anlamıram Bu suala cavab verən bizikmi?

Bizim tariximiz, son müharibə, son hadisələr…bu  müzakirə   mövzusu da deyil ki, bəli türklər, bəli azərbaycanlılar bizim düşmənimizdir.

Onlar da bizi  düşmən hesab edir. Yaxşı bu düşmənçiliklə əlaqəli nə etməliyik.Mən aşağıdakı  düsturu demək istəyirəm.Nə qədər biz onları düşmən hesab edirik, bir o qədər də onlar bizi düşmən hesab edir.

Məsələ odur ki, biz bu düşmənçiliyi  nə qədərlə eskalasiyalaşdıracağıqonlar və biz məsələ qoymuşuq ki, onlar bizi, biz də onları məhvmi etməliyik?

Biz belə problem formalaşdırmamalıyıq, amma onlar da formalaşdırmamalıdır”-deyərək Paşinyan qeyd edib.

Baş nazir qeyd etdi ki, bu düşmənçiliyin  tək tərəfli həlli olmadığı üçün çox ehtiyatlı, həssas və nəzakətli və çox diqqətlə idarə olunmalıdır.

Daha çox göstər
Back to top button