
ER Baş naziri Nikol Paşinyan, erməni-rus hərbi razılaşmalarının məntiqi ilə Ermənistana hücum etmək Rusiyaya hücum demək olduğunu bildirdi.
Bu haqda,Paşinyan aprelin 14-də parlamentdəki çıxışı ərzində bəyan edib.
“Qeyd etməliyik ki, Ermənistan Respublikasının xarici təhlükəsizliyini təmin etməyin əsası erməni-rus strateji müttəfiqliyidir.
Bu onlarla hərbi, strateji əsası olan beynəlxalq müqavilələrlə və qarşılıqlı ittifaqöhdəlikləriylə şərtləşir.
Bu baxımla Qafqaz bölgəsindəki, Kollektiv təhlükəsizliyi üzrə Qafqaz regionunda erməni-rus ortaq hava müdafiə sistemi olan ortaq hərbi qrupudur.
Bu isə Ermənistanın təhlükəsizliyi üçün praktik əhəmiyyətə malikdir.
“Bu iki sistemin formalaşmış razılaşmaların məntiqinə görə, Ermənistana hücum Rusiyaya hücum deməkdir. İki ölkə xarici çətinliklərlə birlikdə müqavimət göstərməlidir” – deyərək Paşinyan bəyan edib.
Baş nazir qeyd edib ki,hazırkı anda ER –da rus 102-ci hərbi bazasının imkanlarının artırılması, eləcə də Sünikdə 102-ci hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparılır.