
ER Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarında və əxlaqında bəzi diaqnozlar görür.
Bu haqda, Paşinyan parlamentdəki müstəqil deputat Sergey Baqratyanın sualına cavab verərək və qeyd etdi ki, bu cür davranış nümayiş edən adamlara şəfqətlə yanaşılmalıdır.
“Bu bəyanatlar yenilik deyil, bunlar 2007, 2008, 2009, 2010, 2011-ci illərdə də səsləndirilib.
İndi yeni bir ruhlanma gəlib.Mənim qənaətimcə, bu açıqlamalarda bəzi diaqnoz daxil olub. Çünki muzey yaradılıb,orada həlak olmuş hərbiçilərin cəsədləri təsvir olunub, həmin fonda foto şəkil şəkdirmək və onu beynəlxalq və xüsusi cəmiyyətinə nümayiş etdirmək…burada məncə psixoloji dəstək məsələsi yaranır.
Mən düşünürəm ki, təcavüz və intiqamla deyil, bu cür davranış göstərən insanlara mərhəmətlə yanaşılmalıdır. Səhv etmirəmsə
İgnat Mamyan Qarabağ münaqişəsiylə əlaqəli şer yazmışdır.Orada belə bir cümlə var idi, deyirdi:
“Nifrət etmirəm sənə,çünki yazığım gəlir…
…Ağıllı adamlar belə deyirlər
Zehni xəstənin tutqun qəfəsindən
Özünü söyən dəli məxluqa
Yazığım gəlir…yazığım gəlir…”
“Məncə bu misralar İlham Əliyevə bizim cavabımızdır”-deyərək Paşinyan qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev apreelin 12-də Qarabağ müharibəsindən sonra Bakıda qənimət kimi alınan erməni zirehli texnikalarının yeni açılan “parkını” ziyarət etmişdir.
Park 5 hektar ərazidə yerləşir. Sərgidə erməni zirehli texnikaları, erməni hərbiçilərinə məxsus dəbilqə və s. nümayiş olunmuşdur.