Rusiya sülhməramlıları Artsaxda kənd təsərrüfatı işlərinin təhlükəsizliyini təmin edirlər

Rusiya sülhməramlıları Artsaxda kənd təsərrüfatı işlərinin təhlükəsizliyini təmin edirlər.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Artsax xalqı, rus istehkamçıları tərəfindən partlamamış hərbi sursatlardan təmizlənmiş tarlalarda kənd təsərrüfatı işlərini davam etdirir. Rusiya sülhməramlıları həm da sərhəd xəttinin yaxınlığında əkin işləri üçün təhlükəsizlik təmin edirlər.
Rusiya sülhməramlı kontingent komandanının müavini general-mayor Sergey Dzmurin qeyd edib ki, əkin-səpin işləri problemsiz keçirilib və demək olar ki, başa çatıb.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi bölməsinin qoşunları 1960 hektar ərazini təmizləyib, 25,5 mindən çox partlayıcı tapıb, məhv edib.