BaşlıcaSiyasət

Artsax məsələsi ədalətli həll olunmadan bölgədə sabitliyi təmin etmək mümkün deyil: Armen Sargsyan

Ermənistan qonşu Gürcüstanla dostluq və əməkdaşlığa böyük əhəmiyyət verir. “Armenpress”-ə əsasən, Ermənistan Prezidenti Armen Sargsyan bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Tbilisidə görüşdən sonra söyləyib və vurğulayıb ki, Ermənistan-Gürcüstan münasibətləri əsrlər keçmişinə malikdir.

“Əminliklə deyə bilərəm ki, Gürcüstanla münasibətlərimizin möhkəmləndirilməsi həm ölkələrimizin, həm də bölgənin təhlükəsizliyi və inkişafı üçün vacib şərtlərdən biridir”- deyə Sargsyan qeyd edib.

O bildirib ki, həmkarı ilə nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı, təhsil və mədəniyyət və digər sahələrə toxunaraq gündəmdəki çoxsaylı məsələləri müzakirə edib. ER Prezidentinin sözlərinə görə, müasir texnologiyalar, süni intellekt, biotexnoloqlar, kiber təhlükəsizlik, qida təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün böyük potensial var.

“Azərbaycanın Artsaxa qarşı Türkiyənin fəal və açıq dəstəyi ilə həyata keçirdiyi hərbi təcavüz nəticəsində yaranan yeni reallıqları nəzərə alaraq regional təhlükəsizliyin və sabitliyin təmin olunması məsələlərinə də toxunduq.

Gürcü həmkarıma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin yanaşma və baxışlarını təqdim etdim. Xüsusi olaraq vurğuladım ki, Artsax münaqişəsi ədalətli həll olunmadan bölgədə davamlı sülh yaratmaq və sabitlik təmin etmək mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin yenidən başlama ehtimalını və vacibliyini də qeyd etdim. Müharibə nəticəsində yaranan nəhəng humanitar problemlərin, o cümlədən Azərbaycan tərəfndən əsirlərin və girovların və ya bu cür statusa malik olanların tezliklə azad buraxılması məsələsinin dərhal həllinin vacibliyini vurğuladım. Bu, çox vacib məsələdir, humanitar məsələdir”- deyə Sargsyan qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın müharibədən sonra yaranmış vəziyyətlə manipulyasiyası, milli ləyaqətini pozma siyasəti aparması yolverilməzdir. “Bu siyasət dialoq mühitinin formalaşmasına töhfə verə bilməz”- deyə o qeyd edib və  Azərbaycanın nəzarətindəki ərazilərdə erməni tarixi və mədəni irsin qorunub saxlanmasından narahatlığını bildirib.

Daha çox göstər
Back to top button