
ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində dialoq davam etdirilməlidir. Ermənistan həmişə bu formata sadiq qalıb. Bu barədə MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak edən ER Parlamentinin sədri Ararat Mirzoyan “RİA Novosti”yə bildirib.
Bundan əvvəl ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qısa müddətdə onların himayəsi altında yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar.
“Ermənistan, yarandığı gündən bəri ATƏT-in Minsk Qrupu formatında dialoqa həmişə sadiq qalıb və son aylarda Ermənistan dəfələrlə bəyan edib ki, bu formatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin alternativi yoxdur”- deyə Mirzoyan qeyd edib.
Parlamentin sədri vurğulayıb ki, münaqişə hələ həll olunmayıb və Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ nəzərə alınmadan həll edilə bilməz.