Dünyanın müxtəlif şəhərlərində BMT-nin ofisləri qarşısında erməni əsirləri azad etməyə çağıran səssiz aksiyalar keçirilib

Azərbaycan beynəlxalq hüquq normalarını pozaraq, erməni hərbi əsirlərini və mülki şəxsləri Bakı həbsxanalarında saxlamağa davam edir. Dünyanın müxtəlif şəhərlərində ermənilər və onları dəstəkləyən xaricilər BMT ofisləri qarşısında etiraz aksiyaları təşkil etdi.

Aksiyalar Yerevanda və Cenevrədə Birləşmiş Millətlər Təşkilatının ofisinin qarşısında təşkil edildi. Bənzər aksiyalar Toronto, Paris, Los Anceles, Nyu York, Hyuston, Roma, Hamburg, Moskva və digər şəhərlərdə də planlaşdırılır.
İsveçrədəki erməni icması üzvlərinin səssiz etiraz aksiyasında iştirak edən onlarla adam əllərində əsir olan erməni vətəndaşlarının sərbəst buraxılmasına çağıran plakatlar tutdular.
Bir neçə icma üzvü çıxış edərək BMT-yə, digər beynəlxalq təşkilatlara laqeyd qalmamağa və erməni əsirləri məsələsini həll etməyə çağırdı.




