
Ermənistana Türkiyə mallarına qoyulan qadağana qədər ölkəyə 220 milyon dollar dəyərində hazır məhsul idxal edildi. Bu barədə Ermənistanın Respublikasının baş naziri müavini Mher Grigoryan bildirdi.
Mher Grigoryanın sözlərinə görə, Ermənistan Hökuməti bu qadağanı uzatmaq niyyətindədir.
“Bu Ermənistan üçün vacib olan potensial istehsalın həcmidir. Hesab edirəm ki,bu yeri daxili iqtisadi subyektlər tutmalıdır”,- deyə Mher Grigoryan vurğuladı.