
Aprelin 15-də ER Müdafiə naziri Vağarşak Harutyunyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib. Görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin hərbi hava attaşesi, polkovnik Andrey Qrişçuk da iştirak etdib. Bu barədə ER Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə ER Müdafiə naziri, Rusiya Federasiyasının bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşdirməsinə yönəlmiş rolunu və səylərini vacib sayıb.
Artsaxdakı Rusiya sülhməramlı missiyasının prosesini və effektivliyini yüksək qiymətləndirən Vağarşak Harutyunyan bir daha hərbi əsirlərin, girovların və digər məhbusların Ermənistana qaytarılması məsələsinin vacibliyinə və problemin dərhal həll edilməsinin zəruriliyinə toxunub.
İkitərəfli hərbi əməkdaşlıq, Rusiyada birgə hərbi təlimlərin planlaşdırılması və təşkili ilə bağlı məsələlər də müzakirə olunub.
Tərəflər, Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının və siyasi dialoqun dinamikasını, eləcə də müdafiə sahəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər.