BaşlıcaSiyasət

V. Matvienko: “Əsirlərin əvəz edilməsi məsələsi gündəmdədir”

Rusiya Federasiyası Şurasının  rəhbəri Valentina Matvienko, Dağlıq Qarabağ münaqişəsi tərəflərini sərt bəyanatlardan çəkinməyə və qurulmuş kövrək sülhü dəstəkləyərək bölgədəki vəziyyətin son həllinə doğru getməyə çağırdı.

 Bu haqda TASS  məlumatlandırıb.

“Bu anda ən vacib olan sərt, bəyanatlardan çəkinmək, kövrək, lakin oxşar dinc sülhü dəstəkləmək, son həll yoluna roğru  getmək və bölgədəki gərginliyi aradan qaldırmaqdır”-  deyərək Matvienko, Ermənistan  parlamentinin  sədri Ararat Mirzoyan ilə görüşündə qeyd edib.

 Qeyd edək ki, görüş Sankt-Peterburqda, MDB parlamentlərarası assambleyası çərçivəsində keçirilib..

“Bu, nəinki yalnız Ermənistan  və Azərbaycan üçün ,eyni zamanda  Rusiya üçün lazımdır, bütün regional dövlətlər üçün vacibdir” – deyərək o, qeyd edib.

Federal Şuranın sədri rus sülhməramlılarının oynadığı mühüm rola diqqəti cəmləşdirdi.

“Bizim sülhməramlılarımız nəinki yalnız öz missiyalarını yerinə yetirir, həm də hər iki tərəfdən qaçqınların qaytarılmasının təhlükəsizliyini təmin edir, infrastrukturun yenidən qurulmasına və dağdılan evlərin  bərpasına kömək edir və bütün tələblərə cavab verirlər”- deyərək o, qeyd edib.

Başlıcası odur ki, qan axması dayandırlıb, dialoqu dinc siyasi məkana dəyişilib.Bu, sağlam düşüncənin, sağlam məntiqin  qələbəsidir.

 İndi dialoqundavam edilməsi olduqca  vacibdir.Qalan kəskin problemlər hansılar ki, əlbətdə mövcuddur, addımbə-addım aradan qaldırılması mühümdür”- deyərək Matvienko qeyd edib.

Bundan əlavə, Federal Şuranın  sədri əsirlər mübadiləsi məsələsinin gündəmdə olduğunu vurğuladı.

“Rusiya elə başlanığıcdan “hamını hamıyla” mübadilə prinsipini qəbul etdi. Proses davam edir.

 “Səhv etmirəmsə, 50-dən çox erməni hərbi əsir vətəninə dönüb” – deyərək  Matvienko qeyd edib.

Daha çox göstər
Back to top button