
ER Ombudsmanı Arman Tatoyan ATƏT-in fəaliyyətdə olan sədrinə, ATƏT-in Minsk Qrupu həmsədrlərinə, AŞ və BMT-nin İnsan Haqları Komissarlarına və digər beynəlxalq qurumlara rəsmi məktubla müraciət edərək Azərbaycanda əsirlərin qaytarmasının aktuallığı, vəziyyəti, əsirlərin və itkin düşənlərin, onların ailələrinin hüquqlarının qorunması ilə bağlı məlumatlar verib.
“Məktubda ilk növbədə davam edən, açıq silahlı qarşıdurmanın olduğunu göstərilir (armed conflict). Beynəlxalq [humanitar] hüquq baxımından bu deməkdir ki, 2020-ci ilin noyabrın 9-dan sonra ya da əvvəl əsir götürülməsindən asılı olmayaraq əsir həmin şəxslər hərbi əsirlərdir və dərhal sərbəst buraxılmalıdır”- deyə o qeyd edib.
Arman Tatoyan bildirib ki, əsirlərin sərbəst buraxılması və geri qaytarılması yalnız insan hüquqları: humanitar proses kontekstində nəzərdən keçirilməlidir.
“Ermənistan İnsan Hüquqları Müdafiəçisinin araşdırmaları və şikayətlərin araşdırılması nəticələri davamlı olaraq təsdiqləyir ki, Azərbaycan hakimiyyəti beynəlxalq tələbləri kobud şəkildə pozaraq, erməni əsirlərin sərbəst buraxılmasını süni şəkildə təxirə salır, əsir götürülmüş şəxslərin sayını bilərəkdən açıqlamır. Bu siyasətlə əsirlərin hüquqlarını pozur, əsir ailələri və itkin düşənlərə ruhi əzab verir və erməni cəmiyyətində gərginliyə səbəb olurlar.
İnsan Hüquqları Müdafiəçisinin Ofisi tərəfindən toplanan dəlillər təsdiq edirlər ki, Azərbaycanda saxlanılan əsirlərin sayı Azərbaycan hakimiyyəti tərəfindən təsdiqlənəndən çoxdur.
Əsirlərin sərbəst buraxılması məsələsinin aktuallığı Azərbaycanda daim dövlət səviyyəsində təbliğ olunan anti-ermənilik və düşmənçilik siyasəti kontekstində nəzərdən keçirilməlidir”- deyə qeyd edilib.