BaşlıcaSiyasət

Beynəlxalq hüquqa görə, əsirlər məsələsi heç vaxt siyasiləşdirilə bilməz: Qazinyan

ER Ombudsmanı Arman Tatoyanın müşaviri Sergey Qazinyan Sputnik Armenia ilə söhbətində Azərbaycan tərəfindən əsir götürülən hərbçilər və mülki şəxslər məsələsinə və onların sərbəst buraxılması üçün aparılan işlərə toxundu.

Sergey Qazinyanın sözlərinə görə, müharibənin ilk günündən Ombudsman ofisi Azərbaycan tərəfindən insan haqları pozuntuların, hərbi cinayətlərin qeydiyyatı ilə bağlı işlərində fəal iştirak etdi və nəticələri beynəlxalq tərəfdaşlara və səlahiyyətli dövlət orqanlarına təqdim etdi.

“Vacib istiqamətlərdən biri də, Azərbaycan tərəfindən törədilən müharibə cinayətlərindən və insan haqlarının kobud şəkildə pozulduğundan xəbər verən video, foto və digər materiallar toplanan fakt araşdırma işi idi. Məqsəd əlbətdə ki, Azərbaycan silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərin obyektiv işıqlandırılmasıdır”.

Qazinyan qeyd edib ki, Ombudsman ofisinin fakt araşdırma işinin nəticələri Avropa Məhkəməsinə də təqdim edildi. ER Ombudsmanı, erməni hərbi əsirlər ilə müsahibələr əsasında hazırlanmış xüsusi bir hesabat da yayımladı. O həmçinin vurğulayıb ki, beynəlxalq hüquqa görə, əsirlər məsələsi heç vaxt siyasiləşdirilə bilməz.

Ombudsman müşaviri qeyd edib ki, beynəlxalq konvensiyaya görə, atəşkəs bəyanatlarında hər hansı bir protokol və ya maddənin olub-olmamasından asılı olmayaraq hərbi əsirlər dərhal geri qaytarılmalıdır. Bu vəziyyətdə Azərbaycan nəinki imzaladığı sənədi icra etmir, eyni zamanda əsirlərlə bağlı məsələni müxtəlif fərziyyələrin mövzusuna çevirməyə çalışır, hansı ki yolverilməz və qəbuledilməzdir.

Daha çox göstər
Back to top button