
Ermənistan Respublikasının təhlükəsizlik sistemi Ermənistan-Rusiya strateji və hərbi-siyasi ittifaqına əsaslanır. Bu barədə ER Baş naziri Nikol Paşinyan Vayots Dzora səfəri zamanı Rind kəndində vətəndaşlarla görüşdə bildirib.
“Ölkəmizin təhlükəsizliyini necə qoruyacağmızı suruşurlar. Bizim təhlükəsizlik sistemimiz Ermənistan-Rusiya strateji və hərbi-siyasi ittifaqına əsaslanır. Təhlükəsizlik səbəbləri ilə Rusiya ilə ortaq bir hərbi birləşməmiz, Qafqaz bölgəsində ortaq hava müdafiə sistemimiz var. Bu razılaşmaların məntiqi odur ki, Ermənistana hücum Rusiyaya hücum deməkdir. Burada ortaq bir təhlükəsizlik sistemimiz var”,-Paşinyan qeyd etdi.
Bu sistemin niyə Artsax müharibəsi zamanı insanların istədiyi kimi işləmədiyinə dair suallara toxunan Baş nazir bunun sadə bir səbəbinin olduğunu deyib. Bu təhlükəsizlik sistemi Ermənistanın sərhədləri üçün işləyir.
“Bu gün deyirlər, necə oldu ki, Şurnuxun şərqində azərbaycanlılar dayanır? Çox aydın bir səbəblə, çünki 2010-cu ildə ER-da qəbul edilmiş İnzibati ərazi bölgüsü haqqında qanunda yazılır ki, Şurnuxun şərqi Azərbaycan Respublikasıdır. Deyirlər, necə olur ki, azərbaycanlılar Sotkdan o tərəfdə dayanırlar? Çünki 2010-cu ildə qəbul edilmiş İnzibati ərazi bölgüsü haqqında qanunda yazılır ki, Ermənistanın sərhədi Sotkda başa çatır, ondan sonra Azərbaycandır”.