BaşlıcaSiyasət

İtaliya şirkəti Azərbaycan layihəsində iştirakına dair məlumatı təkzib edib: ER-nın Venesiyadakı Fəxri Konsulluğu

İtaliyanın “120 grammi”  memarlıq şirkəti Azərbaycanda “Zəfər muzeyi” layihəsində iştirakına dair məlumatı təkzib edib. Bu barədə Ermənistan Respublikasının Venesiyadakı Fəxri Konsulluğu “Facebook” səhifəsində bildirib.

“Azərbaycanda “Zəfər muzeyi”nin tikintisində “120 grammi” memarlıq şirkətinin https://www.120lab.net/ iştirakına dair yayılan məlumatlara toxunaraq adı çəkilən şirkət tərəfindən bu xəbərin rəsmi olaraq təkzib edildiyini təsdiqləyirik.

Konsulluğa göndərilən açıqlamada “120 grammi” memarlıq şirkəti yenidən təsdiq edib ki, erməni cəmiyyətini qəzəbləndirən bu layihədə heç bir şəkildə iştirak etməyib”, – deyə qeyd edilib.

Daha çox göstər
Back to top button