
Kanada Türkiyəyə hərbi məhsulların ixracını qadağan edərək, Türkiyə istehsalı PUA-lara zərər verəcək. Bu barədə “Ahval”a müsahibəsində Kanadanın Hava Qüvvələrinin zabiti, Türkiyə və Azərbaycandakı keçmiş hərbi nümayəndəsi Kris Kilford bildirdi.
Daha əvvəl Kanada bildirdi ki, Qarabağda PUA-lardan istifadə etdiyi səbəbindən Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını ləğv edir.
Kilfordun sözlərinə görə, o Kanada Parlament Komitəsinə Türkiyənin PUA-lardan istifadə etməsi və ixracatlarının ləğvi barədə ifadə verdi.
Kanadanın Hava Qüvvələrinin zabiti bildirdi ki, Kanada hökumətinin apardığı araşdırmada aydın olub ki, Azərbaycan Ermənistana qarşı müharibədə Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarında istifadə etdi, bunun nəticəsində altı həftəlik müddət ərzində minlərlə insan öldü.
Kilford vurğuladı ki, Kanadanın “Wescam” şirkəti tərəfindən istehsal olunan görüntüləmə sistemləri “Bayraktar” pilotsuz uçuş aparatının ən vacib hissəsidir, lakin Kanada bu texnologiyanı yalnız özünümüdafiə üçün istifadə etmək şərti ilə patentləşdirdi.
Kilford xatırlatdı ki, bu ilk dəfə deyildir ki, Kanada Hökuməti Türkiyəyə qarşı embarqo tətbiq edir. 1974-cü ildə Türkiyə ordusunun Kiprin şimal hissəsini blokadaya alaraq Kiprə hücumu zamanı Kanada hökuməti belə hərəkət etdi.