
Ermənistan yolun müqabilində Azərbaycana yol verəcək.Baş nazir Nikol Paşinyan bu haqda , Vayots Dzor bölgəsindəki Zaritap icmasının sakinləriylə görüşən zaman kommunikasiyaların açılması sualını açıqlayarkən bəyan edib.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı kommunikasiyaların açılmasıyla inkişaf etməlidir.
Lakin bu gün hamı Azərbaycanın Ermənistan vasitəsilə Naxicevana necə bir yol tapacağıyla bağlı qorxutmaq istəyirlər.
“Dəhliz məsələsi çox hallandırılır, Azərbaycan daim Zəngəzur dəhlizi ilə bağlı elanlar edir.
Birgə imzalanan müqavilədə nə Syunik, nə Zangəzur, nə də Meğri və ya dəhlizlə əlaqəli ifadə, heç bir kəlmə yoxdur.
Onlarsa ardıcıllıqla deyirlər ki, bizim Zəngəzurdan dəhlizimiz olacaq.
Yaxşı biz də bəyan edək ki, bizim də Naxicevandan Şimali Azərbaycana dəhlizimiz olacaq” – deyərək Baş nazir qeyd edib.
O, iştirakçılara müraciət edərək qeyd edib ki,təssəvvür edin ki, əgər Ermənistanın İran və Rusiya ilə dəmir yolu olarsa Ermənistanın iqtisadiyyatında nə qədər dəyişiklər yaşanacaq.