BaşlıcaSiyasət

Əsirlər məsələsi AŞ PA-nın gündəmindədir: Bu məsələylə bağlı sənəd qəbul ediləcəkmi?

Azərbaycanda saxlanılan erməni əsirləri ilə bağlı məsələ aprelin 20-də AŞ PA-da müzakirə ediləcək.

Bu məsələ Azərbaycan nümayəndə heyətinin səylərinə baxmayaraq, gündəmə daxil olub. Bu haqda AŞ PA-da Ermənistan nümayəndə heyətinin üzvləri məlumatlandırıb.

Nümayəndə üzvülərindən əvvəlan “Barqavac Hayastan” fraksiyasının  nümayəndəsi Naira Zohrabyan AŞ PA  yaz sessiyasının başlanığıcı barədə yazmış sonrasa qeyd etmişdir ki, siyasi qruplarda erməni hərbi əsirlərinin müzakirəsinə başlanılıb və bunlar kifayət qədər qızğındır.

Ermənistan nümayəndə heyətinin hakim və müxalifətyönlü millət vəkilləri AŞ PA-nın gündəliyinin səsvermə yolu ilə Azərbaycanda  saxlanılan erməni hərbi əsirlərlə  bağlı məsələnin 93 leh, 21 əleyh və 18 bitərəf səslə Assambleyanın plenar iclasın gündəliyinə  daxil olduğunu bəyan edib. Məsələ sabah günün ikinci yarısında müzakirə ediləcəkdir.

AŞ PA-da  Ermənistan nümayəndə heyətinin deputatı Edmon Marukyan “Radiolur”a bildirib ki, bu məsələ AŞ üzvü olan ölkələrdə mövcud məsələ olaraq növbədən kənar şəkildə müzakirə ediləcəkdir.

“AŞ PA-nın  ötən plenar  iclasından sonra  erməni nümayəndə heyəti Assambleyanın  bütün qruplarında hss ediləcək işlər  aparıb ki, məsələnin müzakirəsiylə bağlı razılıq əldə edilsin”-deyərək Edmon Marukyan qeyd edib.

Azərbaycan  erməni hərbi əsirləri qaytarmamaqla  beynəlxalq hüququ kobud şəkildə pozur “və həmin razılığın   mövcud olmasıyla  Azərbaycanın səyləri göründüyü kimi havaya uçmuşdur”.

Azərbaycan və Türkiyə nümayəndələri qərarın əleyhinə səs verdilər. Ukrayna nümayəndə heyəti, yəqin ki, bitərəfidi, “ancaq  bunu yoxlamaq lazımdır”.

“Məsələnin gündəmdə  tədbiq olunması vacib idi.Ona görə ki,AŞ PA bu ana kimi  ən yüksək beynəlxalq platformdur.

Orada  Azərbaycan üzərinə təzyiq  göstərilməklə erməni hərbi əsirlərinin məsələsi müzakirə olunacaq”-deyərək Marukyan  qeyd edib.

“Radiolur”-un həmsöhbətinə əsasən  erməni nümayəndəliyinin hakimyönlü  və müxalifyönlü   deputatları oxşar məsələlərdə ortaq  gündəmlə fəaliyyət  göstərəcəklər.

Marukyanın  sözlərincə, müzakirələrdən sonra qətnamə, yaxud hər hansısa  sənədin qəbul edilməsi ehtimal olunmur.Amma gələcəkdə oxşar qətnamənin qəbul olunması istisna olunmur.

Daha çox göstər
Back to top button