
AŞ PA-nın yaz sessiyası başladı və siyasi qruplar erməni əsirləri məsələsini müzakirə etməyə başladılar.
Bu barədə “Barqavac Hayastan” parlament qrupunun üzvü Naira Zohrabyan Facebook səhifəsində yazıb.
“Avropanın islahatçıları və demokratlardan ibarət siyasi qrup daxilində erməni əsirləri ilə bağlı müzakirələr olduqca qızğın keçirilirdi.
Mən erməni hərbi əsirlərin sayı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiqlənən danılmaz faktları təqdim etmişəm.
Erməni əsirlərinə edilən işgəncə ilə bağlı faktları təqdim etməklə yanaşı həm də, beynəlxalq hüquqdan və Azərbaycanın riayət etməli olduğu beynəlxalq konvensiyalardan danışmışam.
Belə ki, Azərbaycan erməni hərbi əsirlərini hər hansı bir şərt olmadan geri qaytarmalıdır.
Təbii ki, Azərbaycan nümayəndə üzvüləri, beynəlxalq hüqun bütünnormlarını təhrif etməklə təkrarən vurğuladılar ki, noyabrın 10-dan sonra əsir götürülənlər hərbi əsir deyillər və onlara qarşı məhkəmə prosessi keçiriləcək.
Onlar heç bir ciddi əks arqumentlərə sahib olmadıqları üçün ərazilərinin son 30 ildə “işğal edildiyini” və “viranəliyə” çevrdiklərini deməyə başladılar.
“Erməni əsirləri ilə bağlı əsas müzakirə günün ikinci yarısında keçiriləcək.Nə qədər ki, siyasi əsas qruplarda əksəriyyətinin qənaətincə Azərbaycan dərhal Cenevrənin 3-cü konvesiyasını yerinə yetirməli və erməni bütün əsir və girovları azadlığa buraxmalıdır.Əminəm ki, müzairələr səmərəli olacaqdır”- deyərək o, yazıb.