
“Lragir.am” yazır: “Gərginləşən İtaliya-Türkiyə münasibətləri fonunda Azərbaycan İtaliya nümayəndə heyətini təəccüblü dərəcədə isti qarşılaşıb. “Bir millət, iki dövlət” ideologiyası çərçivəsində Əliyev tərəfindən bu sadəcə xəyanətdir.
Ya Ərdoğanın Zelenski ilə isti münasibətlərinə qısqanclıqla baxan Əliyev, Ərdoğanın diqqətini çəkməyə çalışıb, ya da artıq ona etibar etməyib cəsarət tapıb, nəhayət “sultan”ın himayəsindən çıxmağa və müstəqil olaraq dövlətinin xeyrinə qərarlar qəbul edə bilən və etməli olan dövlət başçısı olmağa qərar verib.
Xatırladaq ki, cari ilin aprelin 8-də Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə yaşanan hadisədən sonra İtaliyanın baş naziri Ərdoğanı “diktator” adlandırıb, nəticədə İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.
Diplomatik qalmaqala görə, Türkiyə İtaliyadan helikopter alımını dayandırıb və müzakirə edilən digər iqtisadi müqavilələr də təhlükə altındadır.
Baş verənlərin fonunda bu ilin aprelin 12-də Azərbaycan Xİ naziri Ceyhun Bayramov italiyalı deputatlar ilə görüşündə qeyd edib ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir.
Qeyd etmək lazımdır ki, Əliyev ilk dəfə Ərdoğanın yanında durmur və ya heç olmasa italyanları tənqid etmir, əksinə onları ölkəsinə qəbul edir.
Hər halda bir az gözləməliyik və əminliklə deyə bilərik ki, Ərdoğan tezliklə Əliyevə sadəcə bir kukla olduğunu xatırlatacaq. Və “bir millət, iki dövlət” ideologiyası sadəcə Azərbaycan cəmiyyəti üçün yaradılmış mifdir”.