BaşlıcaSiyasət

Ermənistan və Türkiyə arasında heç bir danışıq aparmılmır: Xarici işlər nazirinin müşaviri

Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı danışıqlar aparmır.
Bu barədə Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan bildirib.

“Bir daha vurğulamalıyam ki, Ermənistanla Türkiyə arasında bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır və planlaşdırılmır”,- deyə o qeyd etdi.

M. Ayvazyan xüsusi şəkildə vurğuladı ki, Osmanlı imperiyasında ermənilərə qarşı törədilən soyqırımın beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasət prioriteti olaraq qalır.

“Bizim siyasətimizdə heç nə dəyişməyib”,- deyə o əlavə etdi.

ER Prezidenti Armen Sargsyan daha əvvəl Türkiyə ilə diplomatik əlaqələrin bərpasına toxunaraq qeyd etdi ki, ikitərəfli münasibətlər bir tərəfin, Ermənistanın hesabına həll edilə bilməz.

“Mən Soyqırımı unuda bilməyəcəyəm və 100 ildən çoxdur ki, xalqımızın çətinliklərini, bədbəxtliklərini və tarixini bir kənara qoya bilməyəcəm”,- Armen Sargsyan bildirdi.

Daha çox göstər
Back to top button