Hollandiyanın Xİ naziri Bakıdakı “parka” toxunub: “Bunlar çox xoşagəlməz təsvirlər idi”

Niderland Krallığının Xarici işlər naziri Stef Blok, Bakıda açılan “park”a,orada erməni hərbiçilərinin manikenlərinin nümayiş edilməsinə və onların qarşısında şəkil çəkdirən İlham Əliyevə toxunaraq qeyd edib ki, onlar olduqca xoş olmayan görüntülər idi.
Bu haqda nazir Niderlandlar parlamentində deputatların suallarını cavablandırarkən bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında erməni əsgərlərinin mankenlərinin nümayiş olunduğu Bakıda açılan “parka” toxunaraq qeyd etdi.
“Cənab De Run Azərbaycan prezidentindən ermənilərin şəkillərinə, bəlkə də ölən ermənilərin dəbilqəsi ilə fotoları üçün cavab verməsini xahiş edib.
Bunlar olduqca xoşagəlməz görüntülərdir.Daha öncə mən bu münaqişəylə əlaqəli açıqlama vermişəm ki, tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar vasitəsiylə həllə çatsınlar.
Ümumiyyətlə o davranış tərzindən hansı ki, son qərarı mümkünsüz edəcəcək, uzaq olsunlar”- deyərək nazir qeyd edib.
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyev Artsaxın son müharibəsi nəticəsində qənimət kimi götürülmüş yeni açılan erməni zirehli maşın parkını ziyarət etdi.
“Park” 5 hektar ərazidə yerləşir. Orada erməni zirehli texnikaları, erməni hərbiçilərinə məxsus dəbilqələr və s. sərgilənir.