Soyqırım Türkiyənin başında dəyənək Baydenin əlindəsə alətdir

Bölgə mütəxəssisləri və Türkoloq Karen Hovannisyan, Türkiyə Ermənistanla açıq diplomatik əlaqələrin başlanması və ya məhdudlaşdırılması üçün üç əsas şərt olduğunu söyləyir.
Birincisi, Artsaxdan tamamilə imtina etmək və status barədə danışmamaq,
ikincisi, Ermənistanın Erməni Soyqırımına münasibətindəki dəyişiklik – tanınma tələbindən imtina etməkdir.
Üçüncüsü, Qars müqaviləsinin Ermənistan tərəfindən təsdiqlənməsidir. Mütəxəssislərin fikrincə, Artsax müharibəsindən sonra da Türkiyənin Ermənistan siyasəti əvvəlki kimi qalmışdır.
“Ümumi baxımla, Türkiyənin deyə bilərəm ki, Ermənistana qarşı siyasəti dəyişməyib.Eyni hərbi nəfəsli bəyanatlarıdır.
Son vaxtlarda Türkiyə Şərq sərhədində yəni, Ermənistanla yanaşı sərhədyanı rayonlarda çoxsaylı əsgər toplayıb.
Böyük hesabla Türkiyə biz tərəfdən nəsə təhlükə hiss edir.Belə deyək də, o bu təhlükəni Ermənistandan yox, Rusiyadan ehtimal edir.
Çünki,müharibədən sonra Rusiyanın Ermənistanda iştirakı artıbdır” – deyərək Hovannisyan qeyd edib.
Türkiyə Ermənistana münasibətini dəyişmədi və bəs Ermənistanın dövlət mövqeyində, Türkiyəyə və yaxud Erməni Soyqırımına dair dəyişiklik varmı?.
Ermənistan və Türkiyə hakimiyyətlərinin danışıqlar imkanına toxunmaqla Xİ nazirinin müşaviri Marta Ayvazyan qeyd edib ki, iki dövlətlər arasında hər hansısa danışıq yoxdur və nəzərdə tutulmayıb.Ayvazyanın sözlərincə Erməni Soyqırımının tanınması istiqamətində səylər davam etməkdədir.
Təbbi olaraq, Erməni Soyqırımının tanınmasıyla əlaqəli beynəlxalq gedişat ali idarəçiliyin önəmli məsələlərindən biri olaraq qalır.
Biz beynəlxalq platformlarda bu məsələni qaldrmaq qüçün heç bir fürsəti əlimizdən buraxmırıq.İkitərəfli təmaslar ərzində var qüvvəmizi sərf edirik ki, Erməni Soyqırımı mümkünsə geniş tanınma tapsın.
Türkoloq Karen Hohannisyan ABŞ-ın regional siyasətindəki dəyişikliklərə diqqət çəkir.
Deyir ki, Tramp təcrid siyasəti apararsa, Bayden bölgəyə qayıtmaq istəyir.
Soyqırım tanınması məsələsi Türkiyənin əlində Baydeni danlamaq üçün bir vasitədir, ancaq tək vasitə deyil.
“Bayden bölgədə təmsil olunmağı planlaşdırır, amma bu, Türkiyə deyil,kürdlər vasitəsiylə olacaq.
Amerika Birləşmiş Ştatları və Türkiyənin maraqlarının məhz burada ziddiyyət təşkil etdiyi yerdir, Çünki ənənəylə kürdlər mövzusu ABŞ-ın əllərində Türkiyənin başında dəyənək olub.ABŞ sanki, Türkiyəni məhz kürdlər məsələsiylə bağlı gəmini dartan olub”- deyərək türkoloq qeyd edib..
Hay Dat Komitəsi dəstəkləyici təşkilatların səyləriylə bu günəcən bir milyona qədər Ağ evin aministrasiyasına Prezident Baydeni Erməni Soyqırımını tanımaq məsələsində ruhlandırmaq üçün məktub istiqamətləndirilib.
Baydenin Soyqırım ifadəsini istifadə edib etməyəcəyi aprelin 24-dən əvvəl müəyyənləşəcək. Ona kimi isə bir şey aydındır Ermənistanın rəsmi mövqeyi dəyişilməzdir.Dünya Erməni Soyqırımını tanımalıdır.