BaşlıcaErməni Soyqırımı

Türkiyədə soyqırımı inkar edən beynəlxalq konfrans keçiriləcəkdir

Türkiyə prezidenti administrasiyasının təşəbbüsü ilə aprelin 20-də Erməni Soyqırımını inkar edən beynəlxalq konfrans keçiriləcək. Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə konfrans 3 fərqli panel müzakirəsi ilə keçiriləcək. Bu barədə Ermenihaber.am yazır.

Birinci panel “1915-ci il hadisələri və tarixi proseslərdə erməni məsələsi” adı altında keçiriləcək. Paneldə prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Seyit Sertçelik çıxış edəcək. Sertçelik soyqırımı inkar edən bir sıra konfransların təşkilatçısıdır.

“1915-ci il hadisələri beynəlxalq hüquq baxımından” adlı ikinci panelin müzakirələrində ermənilərin ABŞ-da açdıqları məhkəmə proseslərində Türkiyə üçün vəkil olan David Soltzman və digər vəkillər iştirak edəcəklər.

Üçüncü “1915-ci il hadisələrinin günümüzə təsirləri və gələcək perspektivləri” adlı panelin müzakirələrində Türkiyə-Amerika Təşkilatlarının keçmiş prezidenti Ergün Kırıkoval, Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmaları Mərkəzinin direktoru (Almaniya) Christian Johannes Henrikh iştirak edəcəklər.

Konfransda Türkiyədən başqa, ABŞ, Rusiya, Almaniya, Fransa və İrlandiyadan nümayəndələrin iştirak edəcəyi qeyd olunur.

Daha çox göstər
Back to top button