
Rusiya Müdafiə Nazirliyindən Ermənistandakı “İsgəndər-M” raketlərinə dair Azərbaycana cavab məktub göndərilmişdir, ancaq Aərbaycan, Rusiya MN-in cavabından məmnun deyil. Bunu AzTV-yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi raketlərin Dağlıq Qarabağ münaqişəsi zamanı atılmadığını bildirib.
“Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb”- deyə Əliyev qeyd edib.