BaşlıcaSiyasət

AŞ PA deputatı Aleksandra Lui:”Əsirləri qaytarmamaq Cenevrə Konvesiyasının pozuntusudur”

Ermənistan razılaşmaya hörmət edərkən, Azərbaycan müqaviləni yerinə yetirməkdən və əsirləri geri qaytarmaqdan imtina  edib.Bu haqda  millət vəkili Aleksandra Lui AŞPA-nın plenar iclası ərzində qeyd edib.

“Azərbaycan insansevərlik  göstərməkdən imtina edir. Əsirləri qaytarmamaq insan haqlarına və Cenevrə Konvensiyasına tamamiyə  ziddir.

Bu, münaqişədən sonra heç kimin tutulmaması üçün çox vacib bir prinsipdir. Azərbaycan bu insanların müharibədən sonra girov götürüldüyünü və ya terrorçu olduqlarını iddia edir.

Ancaq bu adamlar mühasirədə olmuş və əsir götürülmüşlər. Onlar öz vətənlərinə göndərilməlidir” – deyərək Lui qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda erməni əsirlərinə qeyri-insani rəftarla bağlı şübhələr var, onlarla bağlı vide materialları  var.

Millət vəkilinin sözlərinə görə, AİHM Azərbaycandan hansı şəraitdə saxlandığını soruşub, lakin cavab almayıbdır.

Daha çox göstər
Back to top button