
Azərbaycan Hərbi prokurorluğu 44 günlük Qarabağ müharibəsində 2889-dan çox qurbanın cəsədinin kimliyini müəyyənləşdirib. “Armenpress”in xəbərinə görə, ölkənin Hərbi prokurorluğu bildirib ki, 1481 qurbanın şəxsiyyətinin müəyyənləşdirilməsi DNT analizləri daxil olmaqla müstəsna olaraq xüsusi müayinələrin köməyi ilə edilib.
Eyni zamanda, hələ də nə qədər cəsədin müəyyən edilmədiyi bildirilmir.
Qeyd olunur ki, itkin düşən 386 hərbçidən 362-nin cəsədi müəyyən edilərək ailələrinə təhvil verilib.