Fransız millət vəkili Bernar Furnye AŞPA-nın yaz sessiyasındakı çıxışında Azərbaycan hökumətini erməni hərbi əsirlərini azad etməyə çağırdı.
“Münaqişə zamanı və sonrasında AİHM tərəfləri Əsirlər haqqında Konvensiyasının müddəalarına əməl etməyə çağırdı. AİHM həbs olunanlar barədə hökumətlər və ailələrdən çoxsaylı müraciətlər aldı”,-o qeyd etdi.
Siyasətçinin fikrincə, Azərbaycan hökuməti məhdud həcmdə ümumi məlumat verib. “Əsas prioritetimiz konvensiyaya riayət etmək olmalıdır. Biz Azərbaycan hökumətini AİHM-in qərarlarını tam şəkildə yerinə yetirməyə və işgəncələrə son qoymağa və hərbi əsirləri azadlığa buraxmağa çağırırıq”.