
ER Parlamentinin “Mənim Addımım” fraksiyasının üzvü, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Tatevik Hayrapetyan Facebook səhifəsində yazıb:
“AŞPA Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsi bugünkü iclasda, 44 günlük Artsax müharibəsinin humanitar nəticələrinin araşdırması məsələləri ilə bağlı məruzənin müəllifi Paul Gavanın (İslandiya) fakt araşdırma fəaliyyətləri üçün bölgəni ziyarət etmək məsələsini müzakirə edirdi. Bununla bağlı çıxışımda vurğuladım:
“Məruzəçinin gerçəkliyi yerindəcə aydınlaşdırmaq üçün bölgəni, xüsusən də Artsaxı ziyarət etməyə hazır olduğunu alqışlayıram. Əminəm ki, bu səfər əhatəli, balanslı hesabat hazırlamağa kömək edəcəkdir. Bakıya səfəri zamanı məşhur “Strateji Parkı”na nəzər salmağı və Cənubi Qafqazda faşizmin necə inkişaf etdiyini öz gözləri ilə görməsini məsləhət görürəm. Məruzəçinin müharibədən sonrakı diskurslara, Azərbaycanda ən yüksək dövlət səviyyəsində təbliğ olunan nifrət nitqinə diqqət yetirməsi vacibdir. Bu münaqişənin tam mənzərəsini görməyə kömək edəcək”.