
Qeyd edək ki,Ermənistan Respublikasının suveren ərazilərinin “tarixi torpaqları”ndan çox xatırlanması faktı ,onun fikrincə gərək beynəlxalq cəmiyyətin diqqəti mərkəzində olsun.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Yevseyev anti-erməniliyin növbəti təzahürlərinin Azərbaycanın bölgədəki davamlı təcavüzkar siyasətinin sübutu olduğunu qeyd edib.
Bakı, müharibənin nəticələrini vənoyabrın 9-da atəşkəs bəyannaməsinin mümkün geosiyasi və ya daxili siyasi dəyişikliklərdən qaynaqlanan nəticələrini birləşdirmək üçün Yerevanla barışıq sazişini imzalamağa da çalışır.
“Azərbaycan bu məsələni həll olunmuş hesab edərək həmin qərarı kağız üzərində təstiq etməyə çalışır.
Ancaq Dağlıq Qarabağın statusu kimi bir çox ziddiyyətlərin olması, məsələn, Dağlıq Qarabağın statusu məsələsinin hələ var olduğu göz qabağındadır.
Bütün bunlar uzun müzakirələrin və danışıqların səbəbidir. Mən şəxsən,bütün bu problemləri dərhal müzakirə edərək həll olunması mühümlüyünü görürəm.
Əks təqdirdə kommunikasiyaların açılması kifayət qədər mübahisəli ola bilər və tam əsas daşımayacaq”-deyərək rusiyalı ekspert qeyd edib.