BaşlıcaSiyasət

Tərəflər bir-birlərinə hörmət etməli və davamlı sülh üçün addımlar atmalıdır: AŞPA-nın baş katibi

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında atəşkəs barədə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin bəyanatını alqışladı.

Burçin vurğuladı ki, Dağlıq Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında davamlı sülhün yaradılması çox vacibdir.

“Tərəflər bir-birlərinə hörmət etməli və davamlı sülh üçün çalışmalıdırlar. Sessiyada müzakirə olunan məsələlərdən biri də erməni əsirlərinin qaytarılması, Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması idi. Biz artıq ölkələrdən danışmamalıyıq, ölkələrlə danışmalıyıq.

Bəzən bu ikisi də etmək lazımdır. Dialoq qurmaq bizim təşkilatın əsas missiyalarındandır.Bu yanaşma ən çətin anlarda tətbiq olunmalıdır. Qarabağ məsələsində də Ermənsiatnla Azərbaycan arasında bu dialoqun yaradılması çox vacibdir”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button