BaşlıcaSiyasət

XİN-nin Əliyevin açıqlamasına reaksiyası: “Oxşar bəyanatlar regional sülhə ciddi xələl toxundurur”

ER Xarici işlər nazirliyinin  mətbuat katibi Anna Nağdalyan, Azərbaycan prezidentinin “101 ildən sonra Zəngəzura qayıdacaq” ifadəsinə cavab verdi.

Bu haqda Ermənistan Xarici işlər nazirliyi məlumatlandırıb.

“Biz Azərbaycan prezidentinin Ermənistanın ərazi bütövlüyünə qarşı olan niyyətlərini və güc tətbiq etmək istəyini qətiyyətlə pisləyirik.

Bu cür bəyanatlar regional sülhə və sabitliyə yalnız ciddi ziyan vurur. Bütün bunlar Azərbaycanın vaxtlarda  sülh və barışıq bəyanatlarının saxta mahiyyətini ortaya qoymaqdan başqa heç nə deyil.

Erməni Soyqırımının ildönümü astanasında güclü mövqedən danışmaq üçün erməni xalqına bu cür təhdidlərin edilməsi diqqəti cəlb edir.

Strateji müttəfiqimiz və Cənubi Qafqazda sülhlə maraqlı olan bütün tərəfdaşlarımızla daima əlaqə saxlayırıq.

Ermənistan suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək naminə bütün lazımi tədbirləri görəcəkdir”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam uyğundur.

“Ermənistan istəsə də istəməsə də, Zəngəzur dəhlizinin yaradılması işini yerinə yetirəcəyik.Əgər Ermənistan istəsə bunu çox asanlıqla həll edərik İstəmirsə,biz bunu  zorla həll edəcəyik” – deyərək  Əliyev AzTV telekanalına verdiyi müsahibəsində qeyd edib.

Daha çox göstər
Back to top button