BaşlıcaSiyasət

Almaniya, Helsinki əsas prinsiplərini vacib sayaraq ATƏT-in MQ həmsədrliyini dəstəkləməyə davam edir

Almaniya Federativ Respublikası hökuməti ərazi bütövlüyü, münaqişələrin sülh yolu ilə həlli və xalqların öz müqəddəratını təyinetmə prinsiplərini vacib sayaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin diplomatik səylərini dəstəkləməyə davam edir.

“Almaniya kansleri Angela Merkelin AŞPA-dakı açıqlaması müəyyən şərhlərə səbəb olub. Keçmişdə Almaniya ATƏT-in Minsk Qrupu həmsədrlərinin öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla nizamlanma prinsiplərini dəstəkləmişdir. Azərbaycanın güc tətbiq etməsindən sonra Almaniyanın mövqeyinin dəyişməsinə dair “Armenpres”-in sualına cavab olaraq AFR hökumətinin spikeri bəyan edib.

“Federal kansler AŞPA-dakı çıxışında beynəlxalq hüququn əhəmiyyətinə toxunub. Bu kontekstdə, Krım və Dağlıq Qarabağın birgə xatırlanması deməkdir ki, ilk növbədə hökumət hər iki halda da münaqişənin həlli vasitəsi kimi güc tətbiqini rədd edir. Federal hökümət Helsinkinin üç əsas prinsipi: ərazi bütövlüyü, münaqişənin sülh yolu ilə həlli və xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin diplomatik səylərini dəstəkləməyə davam edir”.

Daha çox göstər
Back to top button