
Ermənistan Xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Təhlükəsizlik əməkdaşlıq Forumunda çıxış edərək bəyan edib ki,Azərbaycan nəinki yalnız sadəcə olaraq güc tətbiqinə haqq qazandırır,həm də israr edir ki, Qarabağ münaqişəsini güc yolu ilə həll etdiyini və yerlərdə yeni reallıqlar formalaşmasını iddia edir.
Bu haqda ER XİN- in mətbuat xidməti məlumatlandırıb.
“
“Hər hansı bir münaqişə və ya böhran vəziyyətində müharibə aparmaq üçün əlverişli bir mühit yaratdıqları üçün güc tətbiq edərək yaranan reallıqlar heç vaxt qanuni ola bilməz.
Yalnız o fakt ki,güc tətbiqi ATƏT tərəfindən ünvanlanmış münaqişə çərçivəsində baş verib, təşkilatın təməl dəyərlərini, prinsiplərini və öhdəliklərini qoruya bilmədiyini açıq şəkildə ortaya qoyur”- deyərək Ayvazyan qeyd edib.
Onun sözlərinə görə, regional bir mexanizm kimi ATƏT-in məqsədəuyğunluğu, bölgədəki mübahisələrin sülh yolu ilə həlli üçün əsas təşkilat kimi BMT Nizamnaməsinin VIII fəsli ilə müəyyən edilməsi şübhəyə alınır.
“ATƏT-in öhdəliklərinin əksəriyyətinin, xüsusilə siyasi-hərbi sahədə yerinə yetirilmədiyi bir vəziyyətdə, üzv dövlətlərin bu öhdəliklərini yerinə yetirməsinə kömək etmək üçün hazırlanmış icra hakimiyyətinin rolunu yenidən qiymətləndirməliyik”- deyərək ER Xarici işlər naziri qeyd edib.
Ayvazyana görə, ATƏT bölgəsindəki təhlükəsizlik mühiti, hərtərəfli, bölünməz təhlükəsizlik əməkdaşlığı konsepsiyasını qorumaq üçün birgə səylər, bağlılıq və siyasi iradə tələb edir.
Qeyd edək ki, Ermənistan ATƏT Təhlükəsizlik əməkdaşlıq Forumuna (ATƏT) sədrliyini təhvil alıb. Ermənistanın sədrlik gündəliyi, ATƏT-də təhlükəsizlik mühitinin daha da pisləşməsinin qarşısını almaq üçün təcili olaraq ATƏT-in prinsip və öhdəliklərinə riayət olunmasından irəli gəlir.