BaşlıcaSiyasət

Nikol Paşinyan: “Syünik sərhədinin KTMT sərhədləri ilə əlaqələndirilməsinə qərar verilib”

Syunik bələdiyyəsində keçirilən müşavirə zamanı ER Baş naziri Nikol Paşinyan 44 günlük Azərbaycanla ER Syünik vilayətinin yeni sərhəd xətti məsələsinə toxunub.

“Müdafiə imkanlarımızın yetərli olmadığı bir vəziyyətdə, Sünik sərhədinin KTMT sərhədləri ilə əlaqələndirilməsinə qərar verildi ki, kollektiv təhlükəsizlik sistemlərini orada işlədə bilək”-deyərək  Paşinyan qeyd edib.

O, həm də Rusiya-Ermənistan hərbi-siyasi ittifaqının Ermənistan Respublikasının hüdudlarında və daxilində olduğunu vurğuladı. Bəs ki, həmin sərhəd hansıdır, Paşinyan bu sərhədlə bağlı aşağıdakı şərh edib:

“ Xüsusiylə vurğulamaq istərdim ki,bu sərhədləri Ermənistan Respublikası özü təyin edərək qərara gəlib (bu məsələni dəfələrlə qeyd etmişəm).

 Ermənistan Respublikasının İnzibati ərazi bölünməsi  barədə 2010-cu il mayın  24-dəki  qanunla qəbul olunmuşdur”-deyərək Paşinyan Şurnux və Vorotan icmalarının inzibati sərhədləri barədə təsviri sitat gətirib.

Orada qeyd olunub ki, o Azərbaycanla ER dövlət  sərhədiylə sərhədyanıdır

Paşinyana görə, ER bu qanunla KTMT razılaşmasının 2010-cu ildə fəaliyyət göstərdiyi ərazini müəyyənləşdirmişdir..

“Hamının diqqətini cəlb etmək istərdim ki, sərhədin Ermənistan Respublikası ilə Artsax Respublikasının sərhədləri ilə üst-üstə düşdüyü qeyd olunmayıb.

Yazılıb ki, sərhəd xətti  ER və Azərbaycann dövlət sərhədləriylə uyğunlaşır. Bunlardır o  reallıqlar ki, bu gün status kvoya  gətirib çatdırıb”-deyərək  o, qeyd edib.

Sünik sərhədinə gəlincə, Paşinyan təhlükəsizlik səviyyəsinin artırılmalı olduğunu bəyan edib.

Bunun üçün sərhəd MTX sərhəd bölmələri tərəfindən qorunmalı və təhlükəsizliksə Ermənistan Silahlı qüvvələri tərəfindən təmin edilməlidir.

Azərbaycan lideri prosesi dayandırmağa çalışır. Paşinyan Əliyə cavab verdi

Xatırladaq ki, Nikol Paşinyan aprelin 20-dən  bəri Syünik vilayətindədir.

Qeyd edək ki, hazırda rayon rəhbərliyində aparılan məsləhətləşmə hələ də davam etməkdədir.

Orada ER Ərazi idarəetmək üzrə infrastrukturlar naziri Suren Papikyan,ER MTX  rəhbəri Armen Abazyan, Polis rəisi Vahe Ğazaryan  vali melikset Poğosyan, valinin  müavinləri 4-cü ordu korpusunun  komandiri,general-mayorArtak  Budağyan iştirak edib.

Səfərin ilk günü, aprelin 20-si gecəsində   Baş nazir Şurnux icmasını ziyarət etdi, burada sakinlər onu soyuq və hiddətlə qəbul etdilər.

Baş nazir Ağarak, Meğri və Kapanda alçaldıcı ifadələrlə və etirazlarla qarşıladılar və məhəllə sakinləri şəhərin girişini bağladığı üçün   o, Kacarana ümumiyyətlə   girə bilmədi.

Daha çox göstər
Back to top button