ArtsaxBaşlıcaSiyasət

Ermənistan Artsaxa 10 il ərzində hər il 10 milyard dram yardım edəcək

Ermənistan Respublikası və Artsax Respublikası Hökumətləri müqavilə imzalanacaq. Müqaviləyə əsasən, Ermənistan müharibədən zərər çəkmiş fiziki və hüquqi şəxslərə dövlət tərəfindən maddi dəstək verilməsi üçün 10 il ərzində hər il 10 milyard dramadək(19. 161. 125 ABŞ dolları) pul ayıracaq.

Qərarda qeyd olunur ki, müharibədən zərər çəkmiş şəxslərə göstərilən yardımın 5 milyon drama(təxminəm 10.000 ABŞ dolları) qədər maliyyə yardımı ilə veriləcək, 5 milyon dramdam çox olduğunda veksellər vasitəsi ilə veriləcək. Bunlar;n buraxılması, dövriyyəsi, qeydiyyatı və geri alınması Artsax Respublikası Hökuməti tərəfindən həyata keçiriləcək.

Artsax Respublikası ərazisində biznes planının həyata keçirilməsi, vergi, kredit və digər borc öhdəliklərinin yerinə yetirilməsi halında, veksel müddət bitmədən əvvəl ödənilə bilər.

Qərarda onu da qeyd olunur ki, vətəndaşların ipotekası və ya biznesi (kənd təsərrüfatı fəaliyyəti üçün fərdi sahibkar olmayan fiziki şəxslərə verilən kreditlər daxil olmaqla) kreditləri və borclarından yaranan öhdəliklərin qismən və ya tamamilə qaytarılması nəzərdə tutulur.

Ermənistan Respublikası Artsax Respublikasının sosial təhlükəsizliyinin təminatçısıdır.

Daha çox göstər
Back to top button