BaşlıcaSiyasət

TŞ katibi mühasirənin açılışı barədə: “Bizim üçün ən vacibi təhlükəsizlikdir”

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, regionda təhlükəsizlik və  iqtisadiyyat əlaqələrinin  mühasirədən çıxarılması məsələsində  Ermənistan üçün ən vacibi təhlükəsizlikdir.

Bu haqda  Qriqoryan  parlamentdə jurnalistlərlə söhbətində qeyd edib.

“ Mühasirənin açılışı məsələləri hələ  müzakirə mərhələsindədir.

Hələlik əhəmiyyətli heç bir şey yoxdur, təhlükəsizlik məsələləri bu müzakirələrdə əlbətdə ki,  önəmli olacaq.

 Bizim üçün ən vacibi  təhlükəsizlik məsələsidir, qalanları sonranın işidir.

 Hətta iqtisadi məsələlər müzakirə olunursa, təhlükəsizlik məsələləri mütləq gündəmdədir. Bütün problemləri həll edəcəyik”-deyərək  Griqoryan qeyd edib

Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanan bəyanatlarda bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin mühasirədən çıxarılması  məsələsinə də toxunulub.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button