BaşlıcaErməni Soyqırımı
ABŞ Prezidenti Co Bayden Erməni Soyqırımını tanıdı

ABŞ Prezidenti Co Bayden, Erməni Soyqırımının 106-cı ildönümü münasibətilə etdiyi bəyanatda “Soyqırım” ifadəsindən istifadə edib.
“Hər il bu gündə Osmanlı İmperiyası dövründə Erməni Soyqırımı qurbanlarını xatırlayırıq və bu cür vəhşiliklərin qarşısını almağı öhdəmizə götürürük. Mets Yeğern qurbanlarının xatirəsini ehtiramla yad edirik ki, baş verənlərin dəhşətləri heç vaxt unudulmasın”- deyə Co Baydenin müraciətində qeyd edilib.
Beləliklə, Prezident Bayden seçkiqabağı vədini yerinə yetirdi və Erməni Soyqırımını tanıyan ilk ABŞ Prezidenti oldu.