Osmanlı imperiyasının və indiki Türkiyə və Azərbaycanın siyasətləri arasındakı paralellər olduqca əsaslıdır: Viktor Nadeyin-Rayevski

Erməni Soyqırımının 106-cı ildönümü ərəfəsində Region Monitor Qara dəniz-Xəzər Bölgəsi Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru, Rusiyanın Elmlər Akademiyasının E. M. Primakov adına sonra Milli İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Viktor Nadeyin-Rayevski ilə müsahibə keçirib.
1.Mövcud Türkiyə hakimiyyətinin ideologiyalarından biri də Pan-Türkçülük ideologiyasıdır. Türkiyənin Artsax müharibəsində iştirakını bu baxımdan baxa bilərikmi? Elədirsə, Türkiyə hansı problemi həll etmək istəyirdi?
Mən Türkiyənin bu münaqişədə iştirakını Pan-türkçülük doktrinasının həyata keçirilməsi ilə əlaqələndirirəm. Əlbətdə ki, onların gözlərində, qavrayışlarındainkaş olunmuş, əvvəlki kimi deyildir (19-cu əsrin sonu və 20-ci əsrin əvvəlləri). Bu hansısa birliyin kimi ola bilər.
O ideologiyanın həyata keçirilməsini əngəlləyən ən vacib şey əlbəttə ki, türk dünyasını iki hissəyə bölən, Osmanlı türklərini qalan türk dünyasından ayıran erməni faktorudur. Lakin bütün səylərə baxmayaraq, Ermənistan Moskca müqaviləsi ilə 1921-ci ildə müstəqil bir dövlət oldu. Müqaviləyə görə bolşeviklər erməni ərazilərinin çox hissəsini türklərə veriblər. Məsələ ondadır ki, orada hər şey asan deyildi.
Faktik olaraq Atatürk Pan-Türkçülük ideologiyasını həyata keçirmək fikrindən imtina etdi. 1920-ci ildə Leninə yazdığı məktubda o qeyd etdi ki, Azərbaycanın sovetləşməsini dəstəkləyir.
Erməni müəllifləri buna az əhəmiyyət verirlər, lakin Azərbaycanın sovetləşməsi bolşevik inqilabının ekspansiyası üçün vacib bir mərhələ idi və bu arqument bolşeviklər üçün çox vacib idi.
Üstəlik, bu proseslər Naxçıvanda da var idi. Məsələn, Naxçıvanda İnqilab Komitəsi bəyanatlarında “Türk əsgəri inqilabçı, azad edən bir əsgərdir, imperializmdən qurtuluş gətirir” yazdı.
Ermənilərin vəhşicəsinə soyqırımı olub, bu da Atatürk dövründə də davam edib.
Atatürkün “qanuni sərhədlərimizə qayıtmalıyıq”, “panislamizm bizə ziyan vurur” vs. kimi ifadələrə baxmayaraq, əslində osmanlıların işinin davamı olan bir siyasət yürüdürdü.
Məsələn, Osmanlı İmperiyasında tərk edilmiş erməni-yunan mülklərinin türkləşdirilməsi ilə məşğul olan 31 komissiya var idi. Digər 29-u isə Türkiyğ Cümhuriyyəti dövründə yaradıldı, bununla erməni əmlakını türk dillində danışan türk vətəndaşlarına verilib.
Başqa sözlə, belə bir siyasət davam etdi. Bununla birlikdə, erməni xalqını sona qədər məhv etməyi bacarmadılar, Pan-Türkçülük tərəfdarları üçün “boğazda bir sümük” olan Sovet Ermənistanı yaradılıb.
Bununla birlikdə, Pan-Türkçülük fikri arxa plana atıldığı üçün Türk səlahiyyətliləri İkinci Dünya Müharibəsinə qədər buna əhəmiyyət vermədilər. Və müharibə zamanı Türkiyədə Pan-Türkçülük təşkilatları meydana çıxdı: “Güven”, “Bozqurd”.
Əslində, türklərin son müharibədən sonra əldə etdikləri vacibdir. Erməni pazının əhəmiyyətini həqiqətən azaltdılar. Başqa sözlə, Qarabağ Türk dünyasını iki hissəyə bölən bir nöqtə olmaqdan çıxır.
Ermənistanın məğlubiyyəti nəticəsində Türkiyə əhəmiyyətli bir uğur qazandı. Düzdür, istədiyi hər şeyə nail olmadı. Göründüyü kimi daha böyük vəzifələr qoyuldu, məsələn, Qarabağın tamamilə bütün əhali ilə ortadan qaldırılması. Başqa cür düşünmürlər, çünki Erməni Soyqırımını tanımaqdan imtina edərək, əslində adi qaydada, məhv yolu ilə hərəkət edəcəklərini qəbul edirlər.
Türk pantürkistləri və millətçilərinin bu məsələdə çox az dəyişiklik var. Milliyyətçi Hərəkat Partiyası, Dövləy Bahçelinin rəhbərliyi ilə neofaşist bir partiyadır.
Partiya vaxtilə Alpaslan Türkeş tərəfindən quruldu. “Dokuz Işık” (“9 işıq”) kitabını oxudum. O kitab Milliyyətçi Hərəkat partiyasının proqramıdır. Deməli ki, Turanı yaratmağı hədəfləyən siyasi qüvvə hazırda Türkiyədə hakimiyyətdədir
2. Söylədiklərinizin kontekstində, Ermənistanın və erməni xalqı üçün ontoloji təhlükə varmı?
Hazırda bu bölgədə müstəqil Ermənistan və erməni xalqı gündəlik təhlükə altındadır. Pan-türkçülük fikrinin mövcud olduğu və inkişaf etdiyi müddətdə təbii ki, ermənilər üçün təhlükə həddən artıq yüksəkdir. Məsələ burasındadır ki, Ərdoğan və Türkiyənin hakim elitasının strategiyası dəyişməyib. Yeri gəlmişkən, bu strategiya çoxvektordur. Türkiyənin siyasətinin yalnız pantürkizm üzərində qurulduğunu düşünmək lazım deyil, yox, bu onların siyasətinin yalnız bir hissəsidir.
Pan-türkçülükdən əlavə İslamizm də var. Yəni müasir, mötədil İslam deyilən şeydir. Türkiyənin buradakı əsas məqsədi İslam dünyasının liderinin olmasıdır. Buna görə Misir və Suriyanın islamçılarına dəstək verir. Ancaq Ərdoğanın xəyalı gerçəkləşmədi.
Neo-Osmanlıçılıq. Türklər, Türkiyənin Osmanlı İmperiyasının keçmiş ərazilərində lider ola bilməsi üçün kor-koranə inanırlar ki, Osmanlı İmperiyasının bu və ya digər şəkildə bərpa edilə bilər və bu imperiya bir möcüzə dövləti idi. Əlbəttə ki, ərəblər bu inancları və eyforiyanı bölüşmürlər. Osmanlı İmperiyası onlar üçün hər şeydən əvvəl laxımdır.
3.Yüksək rütbəli Rusiya rəsmiləri pantürkizm ideologiyasında Rusiya üçün bir təhlükə görməsələr də, Türkiyənin Krım məsələsindəki mövqeyi və Şimali Qafqazdakı ambisiyaları Rusiya üçün narahatlıq doğurmurmu?
Əlbətdə ki, pantürkizm Rusiya üçün bir təhdiddir. Rusiyanın geniş ərazisinin 56% -i milli muxtar birliklərdir. Onların əksəriyyəti türkdilli xalqlardır.
Ancaq Türkiyə türkləri çox şey anlamadılar, məsələn Rusiyada yaşayan türkdilli xalqların türkcə danışdığına inandılar, amma həyat bunu təsdiqləmədi.
Məsələn, kazaklar türk dilini başa düşmürdülər, tuvalılardan da danışmıram. Türkdilli xalqlar olsalar da, mədəni fərqliliklər deyil, dillər arasındakı fərq nəzərə çarpır. Türklərimiz tamamilə fərqli mədəni köklərə sahibdirlər.
Bununla birlikdə qeyd etmək lazımdır ki, Rusiyada yaşayan türkdilli xalqlar arasında təəssübkeş millətçilər də var, sayı çox deyil, amma var, mədəniyyətlərini, dillərini türklərə verməyə hazırdırlar. Türklərimiz üçün bir şeyi birləşdirməkdən öz dili, öz mədəniyyəti uğrunda mübarizə aparmaq daha tipikdir. Əlbəttə ki, tatarlar arasında əvvəllər belə düşüncələr var idi, lakin onlar bu “xəstəliyi” aşdılar.
Və Rusiyanın bütün bunlara sadiq münasibəti varmı?
Yox. O qədər də deyil. 2006 Ərdoğanın etirazlarına baxmayaraq Rusiyadakı türk məktəbləri bağlandı. Ərdoğan yalnız Fəthullah Gülən ilə münasibətləri pisləşdikdən sonra məktəblərin bağlanmasını istədi və o zaman bağlandığından şoka düşdü.
Biz bunu bağladıü, çünki rus məktəbi tədris proqramı ilə heç bir əlaqəsi olmadı. Orada Osmanlı İmperiyası tarixini, Türk dilini öyrəndilər, Rusiya tarixini öyrənmədilər. Türklərə xas olan fəlsəfi düşüncələr, uydurma hekayələr heç bir şəkildə təhsil proqramlarımızla və elmi fəaliyyətimizlə müqayisə edilə bilməz.
Biz bunu yaxşı bilirik. Üstəlik, əhalimizin islamlaşması prosesi sözdə nurçulalar vasitəsilə gedirdi. 2 milyona qədər insanı birləşdirən bir hərəkatdır, bəziləri 5 milyon deyirlər. Yeri gəlmişkən, məhz Gülən Türkiyədə həmin hərəkatın fəaliyyətini şəxsən təşkil etdi. İndi həmin hərəkət bir-biri ilə ziddiyyətləri olan 6 hissəyə bölündü.
Yəni, hüquq-mühafizə orqanlarımız bu problemin fərqindədirlər, buna qarşı mübarizə aparırlar, çünki orta və qeyri-mülayim İslam arasında fərq nəzərə çarpır. Xüsusi əməliyyatlar zamanı öldürülən terrorçuların əlində eyni Seyid Nursinin kitabları tapıldı.
Əlbətdə ki, bunların hamısını qadağan etmək olduqca çətindir, amma hər şeyi dərk edirik. Duma millət vəkilləri və digər insanlara gəlincə, bu təhlükəni, xüsusən də Türkiyənin özəl şirkəti tanınmış xəritəni dərc etdikdən sonra anlayıblar. Yeri gəlmişkən, onu yayımlayan TRT deyil, TRGT idi. Mətbuatda bir səhv olub.
Bu baxımdan belə ifrat həddlərə qarşı mübarizə davam edir, çünki hamısının öz fikirlərini həyata keçirmək üçün sülh məqsədləri yoxdur.
4.Bu günlərdə Erməni Soyqırımının 106-cı ildönümü qeyd olunur, Ermənistandakı müxtəlif dairələr bu gün Türkiyə, Azərbaycan və Osmanlı İmperiyası siyasətləri arasında müəyyən paralellər aparırdılar. Siz bu fikri bölüşürsüzmü?
Bu paralelləri kifayət qədər əsaslı hesab edirəm. Əgər bir tərəf keçmişdə törədilmiş cinayəti pisləməyibsə, deməli təkrarlana bilər. Bəli, Ərdoğanın əcdadlarının günahını etiraf etmək üçün bir cəhdi var idi. 2014-cü ildə baş verib. O çıxışında o vaxt baş verən vəhşilikləri qəbul edərək erməni xalqından üzr istəməyib.
Lakin 2015-ci ildə Ərdoğan, Erməni Soyqırımının ildönümünə həsr olunmuş tədbirləri pozmaq üçün hər şeyi etdi. Yeri gəlmişkən deyim ki, türklər təkcə erməniləri deyil, həm də yunanları və assurları da öldürdülər. Deməli ki, bu geniş miqyaslı vəhşi bir proqram idi.
Hesab edirəm ki, Ermənistan o dəhşətli hadisələri unutmamalıdır. Türkiyənin Osmanlı İmperiyası olmadığını nəzərə alaraq Ankara bunun Osmanlı İmperiyasının cinayətlərini deyə bilərlər, ancaq bunu da etmədilər.
Beləliklə, bu vəziyyət hələ də davam etməkdədir, bu da son dərəcə ağrılıdır. Türkiyə keçmiş cinayətləri tanımayana qədər Ankara türk xalqının ümid etdiyi gələcəyə sahib olmayacaq.