Türk yazıçısı: Erməni Soyqırımı ilə üzləşmədən vəhşi millətçiliyimiz aradan qalxmayacaq
Erməni Soyqırımının 106-cı ildönümü ərəfəsində “Ermenihaber.am” türk yazıçı və tərcüməçi Murat Uyurkulakla söhbət edib.
– Erməni Soyqırımının tanınması və qınanılması türk cəmiyyətinə nə verəcək, gələcək üçün əhəmiyyəti nə ola bilər?
– Erməni Soyqırımı nifrət, kin və qisası hissinin öhdəsindən gələ bilmədiyimiz sahələrdən biridir və bəlkə də ən vacib sahədir! Bu böyük tarixi cinayətlə üzləşmədən Türkiyə xalqı vəhşi millətçiliyi aradan qaldıra bilməz.
Sivil, firavan, demokratik dövlət qurmaq istəyiriksə, Erməni Soyqırımı ilə üzləşməliyik. 1915-ci ildən 10 il sonra, təxminən 2 milyonluq erməni millətindən hətta adların qalmaması sualından narahat olmalıyıq. Bu narahatlıq bizi insanlıq və humanizm ilə bağlaya bilən əlaqədir.
– ABŞ prezidenti Co Bayden seçiləndən bəri Ərdoğanla görüşmə və ya telefon danışığı aparmayıb. Sizcə, Türkiyə-Amerika münasibətlərinin hazırkı gərgin mərhələsində Bayden öz mesajında ”soyqırım” sözünü deyəcəkmi?
– Bayden və ya başqa qərb liderinin siyasi üstünlüklərinin çox günahsız ola biləcəyini düşünmürəm. Ancaq Erməni Soyqırımı ilə əlaqəli tanınma, qəbul və ya Türkiyəyi tanınmağa, qəbul etməyə və ya üzləşməyə çağıran hər hansı qərar müsbət qiymətləndirirəm.
– Türkiyədə iqtidara gəldikləri təqdirdə soyqırımı tanımağa və inkar etməməyə meyilli olacaq siyasi qüvvələr varmı?
– Bu baxımdan, üzv olduğum “Türk işçi partiyası”, eləcə də əvvəl üzv olduğum “Xalq demokratik partiyası” uzun yol keçmişlər.
– Hakim “Ədalət və inkişaf partiyası” dövründə ermənilərə qarşı nifrət və irqçilik siyasətinin yumşalacağını ya da dərinləşəcəyini düşünürsünüz?
– Hakim “Ədalət və inkişaf partiyası” tərəfindən yaxşı və sağlam münasibət qurulacağını düşünmürəm. ƏİP gücünü qorumaq üçün hər şeyə hazırdır.
Düşünmürəm ki, onun effektiv olmayan hakimiyyəti Türkiyə xalqlarına bir xeyir və ya fayda gətirə bilər. Bu hökumət tərəfindən hər hansı dağıdıcı qərarı göz qırpmadan verilə bilər: bu səlahiyyətlilər ürəksiz, təhsilsiz və qəddardırlar.
– Ermənistan-Türkiyə / erməni xalqı-türk xalqı / münasibətlərində hansı perspektivi görürsünüz?
– Bu suala geniş baxıram. Dünyada heç bir millətin başqa bir millətlə problemi yoxdur. Xüsusilə yeməyi, rəqsi, mahnısı bir-birinə o qədər bənzər millətlər ki, barışmalarında kiçik bir maneə ola bilməz.