BaşlıcaErməni SoyqırımıSiyasət

Türkiyə tarix səhifələrini saxtalaşdıra bilməz – Dünya, Erməni Soyqırımının baş verdiyini və qınanılmalı olduğunu bildirir

Erməni Soyqırımı, Osmanlı İmperatorluğunun hakim “İttihad və Tərəqqi” partiyası tərəfindən təşkil edilmiş soyqırımdır. Bunun nəticədə 1915-1923-cü illərdə Osmanlı İmperiyasındakı, o cümlədən Qərbi Ermənistandakı ermənilər kütləvi şəkildə qovuldu və məhv edildi.

1915-ci ilin aprelin 24-də Konstantinopolda təxminən 235 erməni ziyalısının həbs olunduğu gün Erməni Soyqırımı Qurbanlarının Anım Günü olaraq qəbul edildi.

Bu günə qədər Türkiyə mümkün olan bütün yollarla Erməni Soyqırımını inkar etməyə çalışır. Türkiyə ictimai fəaliyyətlərə külli miqdarda pul xərcləyir, tarix səhifələrini elmi şəkildə saxtalaşdırmaq məqsədi ilə universitetlərə yardım edir və Türkiyənin Erməni Soyqırımı ilə bağlı rəsmi mövqeyinə dəstəyi genişləndirir.

Erməni Soyqırımının fərqli ölkələrin parlamentləri və ya hökumətləri tərəfindən tanınması ilə bağlı müntəzəm müzakirələr zamanı Türkiyə diplomatik və ticarət sanksiyaları ilə təhdid edir. Türkiyədəki ermənilərin fiziki varlığının izlərini aradan qaldırmaq üçün Türkiyədə erməni memarlıq abidələri mütəmadi olaraq məhv edilir

Ancaq, Erməni Soyqırımı faktı bir çox dövlətlərin və beynəlxalq təşkilatların qərarları qanunları, qətnamələri ilə tanınmış və təsdiq edilmişdir. Avropa Şurası, Avropa Parlamenti, bir neçə BMT komitəsi, Dünya Kilsələr Birliyi, Cənubi Amerikanın ən böyük təşkilatlarından olan Merkusur Parlamenti və digər təşkilatlar tərəfindən qəbul edilmişdir.

Erməni Soyqırımı dünyanın otuzdan çox ölkəsi tərəfindən tanınmış və qınanmışdır. Holokostdan sonra Erməni Soyqırımı tarixdə ən çox araşdırılmış ikinci hadisə hesab olunur.

Daha çox göstər
Back to top button