BaşlıcaSiyasət

Avropalı deputatlar Avranest PA-da əsirlərin qaytarılmasına dair Azərbaycanın öhdəliyini vurğulayıblar

Avronest Parlament Assambleyasında avroplı deputatlar vurğulayıb ki, Azərbaycanın hərbi əsirləri qaytarmaqla öhdəliklərini yerinə yetirməlidir.

Bu barədə 19-20 aprel tarixlərində onlayn keçirilən iclasların təfərrüatlarını təqdim edən Ermənistan nümayəndə heyətinin üzvləri məlumat veriblər.

Aprelin 19-da dörd komissyia iclası keçirilib və bu iclaslarda Ermənistan nümayəndə heyətinin üzvləri çıxış ediblər. Siyasi komissiyanın üzvü olan Viktor Yengibaryan bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrində Avropaya inteqrasiya ilə bağlı məsələlərə toxunublar. “Ermənistan-AB sazişinin martın 1-də qüvvəyə minməsinə xüsusi diqqət yetirildi”- deyə deputat vurğulayıb.

Assambleyada təhlükəsizlik məsələlərinə də toxunulub və bununla bağlı Ermənistan nümayəndə heyəti üzvləri də çıxış ediblər: “Bizim üçün prioritet 9 noyabr üçtərəfli bəyanatı ilə müəyyən edilmiş əsirlərin geri qaytarılması məsələsini vurğulamaq idi. Təəssüf ki, Azərbaycan tərəfi bu günə qədər öhdəliyini yerinə yetirməyib. Bu mövzu ilə bağlı Avropa tərəfdaşları arasında geniş konsensus var. Bir qrup avropalı deputatlar çıxışlarında qeyd edib ki, Azərbaycan razılaşmalarını yerinə yetirməlidir”- deyə  Yengibaryan bildirib.

ER Parlamentinin deputatları  Bakıdakı “park”a istinad edərək Azərbaycanda ermənilərə qarşı aparılan siyasətdən də danışıblar. Erməni mədəni irsi ilə bağlı məsələlər də qaldırılıb. Plenar iclasın əvvəlində ER Parlamentinin sədri Ararat Mirzoyan çıxış edib, Ukrayna və Gürcüstanın parlamentlərinin sədrləri də çıxış edib. Ancaq Azərbaycan parlamentinin sədri danışmayıb. “Bu, Azərbaycan tərəfinin Avronestin işindən razı qalmadığını göstərir, çünki onların təklif etdikləri bütün anti-erməni nöqtələri müxtəlif qətnamələrdə qəbul olunmayıb”- deyə Yengibaryan qeyd edib.

Daha çox göstər
Back to top button