Siyasət

Azərbaycan bu prosesi süni şəkildə ləngidir

ER Baş nazir vəzifəsini  icra edən Nikol Paşinyan xalqa  istiqamətləndirdiyi mesajda Azərbaycanda saxlanılan erməni əsirlərinin mütləq geri dönəcəklərini söylədi.

O, deyib: “Sözlərimi  yekunlaşdırmaqla demək istəyirəm ki,44 günlük müharibədə həlak olan bütün qardaşlarımıza və bacılarımıza, onlarıın   ailə üzvlərinə baş sağlığı verirəm.

 İtkin düşmüş  bütün həmvətənlərimizin ailələrinə dəstəyimizi bildirmək istəyirəm. Əsir düşənlərin hamısına səbr və dözüm diləyirəm. Onların  doğmalarına və yaxınlarına demək istəyirəm ki,  əsir  götürülən  həmvətənlərimiz mütləq geri qaytarılacaq.Biz gərək, onların geri dönmələrini təmin etmək üçün güc və möhkəm iradəmizi qorumaq məcburiyyətindəyik”.

Ermənistan, Rusiya və Azərbaycan  rəhbərlərinin noyabrın 9-da  verdikləri birgə bəyanatın 8-ci maddəsində dəqiqliklə  hərbi əsirlər, girovlar və saxlanılan şəxslər və həlak olmuşların cəsədlərini əvəz etmək barədə bənddə vurğulanmasına baxmayaraq bütünlüklə erməni hərbi əsirlərini və digər saxlanılan şəxsləri geri qaytarmır və Azərbaycan bu prosesi süni şəkildə ləngidir

Paşinyan: “Əsir düşmüş həmvətənlərimiz  mütləq qayıdacaqlar”

Daha çox göstər
Back to top button