
Azərbaycan nə zaman müdrik yanaşma göstərsə o zaman sülh sazişi haqda düşünmək mümkün olacaq. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan bildirdi.
“Azərbaycan rəhbərliyi 2020-ci ilin sentyabrında hərbi təcavüzə başlayaraq, münaqişənin sülh yolu ilə həllinin təməl prinsiplərindən birini- güc tətbiq etməmək prinsipini pozdu.
İllərdir razılaşdırılmış prinsiplər var ki, münaqişənin həlli buna əsaslanacaq. ATƏT Minsk qrupunun həmsədrləri bu mövzuda bizimlə həmfikirdirlər. ATƏT Misnk qrupunun həmsədr ölkələri bu məsələdə bizimlə həmfikirdirlər.
Əliyev yalnız münaqişənin həll olunmamış obyektiv həqiqətini inkar etməklə yanaşı, hər vasitə ilə iki xalq arasındakı düşmənçiliyi daha da dərinləşdirməyə çalışır. Məsələn, qondarma “qənimət parkı” açır, Zəngəzurla əlaqəli absurd bəyanatlar verir, Artsaxın işğal olunmuş ərazilərindəki erməni dini və mədəni irsini məhv edir, yalnız erməni deyil, eyni zamanda Böyük Vətən müharibəsinin qurbanlarına həsr olunmuş abidələrini məhv edir. Bu şərtlərdə sülh müqaviləsi haqqında necə düşünmək mümkündür?”,- deyə o vurğuladı.